Xəzər Xəbər

Dədə Qorqud qəsəbəsinin yolları bərbad vəziyyətdədir VİDEO

Veb TV | 21:01 • 3 Dekabr 2024
Dədə Qorqud qəsəbəsinin yolları bərbad vəziyyətdədir

Bakının Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsinin yolları bərbad vəziyyətdədir.

Xezerxeber.az-ın məlumatına görə, sakinlər deyirlər ki, gölməçələrin suyu günəşli havada da qurumur, yağış yağanda isə yollar keçilməz olur. Sakinlər öz hesablarına yola daş-çınqıl tökdürsələr də, bu kifayət etməyib. Qəsəbədə işə, məktəbə gedənlər çətinlik çəkirlər.

Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətindən "Xəzər Xəbər"ə bildirildi ki, yolların asfaltlanması və kanalizasiya xətlərinin çəkilməsi dövlət proqramına uyğun olaraq, ardıcıllıqla yerinə yetirilir. Sözügedən yaşayış məntəqəsinin də problemi növbəti mərhələlərdə həll olunacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar