Yağış yağanda otaqlara damır... Çarpayılar islanır, tavandan döşəməyə qədər suyun içində qalır...
Xezerxeber.az xəbər verir ki, görüntülər Hövsan Olimpiya İdman Kompleksindəndir.
“Xəzər Xəbər”in qaynar xəttinə müracit edən valideynlər iddia edir ki, müvəqqəti olaraq komplekdə qalan övladları şəraitsizlikdən əziyyət çəkirlər.
Respublika Olimpiya İdman liseyi hazırda təmirə bağlandığından şagirdləri burada gecəliyir.
Kompleksin direktoru Oruc Məmmədli video görüntülərin noyabr ayında lentə alındığı dedi. Oruc Məmmədli təməli 2009-cu ildə qoyulan kompleksin tavanın artıq yarı hissəsinin yeniləndiyini, navalçaların isə təmizləndiyini dilə gətirdi:
Oruc Məmmədli qeyd edib ki, payız-qış mövsümü başlayandan kompleksin istilik sistemində yaranmış problem aradan qaldırılıb, günün bütün saatlarında isti su verilməsindəki məhdudiyyət aradan qaldırılıb.
Bundan başqa kompleks 3 ədəd iri qızdırıcı ilə təmin olunub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.