Xocasən qəsəbəsinin sakinləri evlərinin qarşısından, küçə boyu axıb gedən kanalizasiya suyu ilə bağlı müraciət ediblər.
Xezerxeber.az-ın xəbərinə görə, sakinlər yolboyu axan suyun kanalizasiya suları olduğunu deyirlər.
Bildirildi ki, problem burda ilin bütün fəsillərində aktualdır.
Sakinlər aidiyyəti qurumlara müraciət etdiklərini deyirlər.
86 yaşlı Xocasən sakini deyir ki, bu problem elə illərdi davam edir.
Məsələ ilə bağlı Binəqədi rayon İcra Hakimiyətindən "Xəzər Xəbər"ə bildirildi ki, Xocasən qəsəbəsində ümumi mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi yoxdur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.