Xəzər rayonu Mərdəkan qəsəbəsində yağış suları bu yolu keçilməz edib.
Xezerxeber.az xəbər verir ki, vətəndaşların sözlərinə görə, artıq günlərdir mövcud vəziyyət davam edir.
Sakinlər deyirlər ki, problemlə bağlı aidiyyəti quruma dəfələrlə müraciət ediblər.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən "Xəzər Xəbər"ə bildirildi ki, qeyd olunan ərazidə yağış sularının kənarlaşdırılması şəbəkə olaraq mövcud deyil. Bu ərazidə Xidmətin mərkəzləşdirilmiş kanalizaiya sistemi də qurulmayıb. İntensiv yağışlar zamanı qrunt sularının səviyyəsi artır.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən o da qeyd edildi ki, gələcəkdə bu ərazidə də mərkəzləşdirilmiş tullantı su şəbəkəsinin yaradılması nəzərdə tutulur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.