Koreyalılar Azərbaycan musiqinin sədaları altında rəqs edirlər.
Xezerxeber.az xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan bu video hər kəsin marağına səbəb olub.
Yaşlı nəsilə Azərbaycan mədəniyyətini öyrədən, 16 ildir Cənubi Koreyada yaşayan Rahil Əhmədova "Xəzər Xəbər"ə danışıb.
Onun sözlərinə görə, rəqsi öyrənmək koreyalı ahıl şəxslərin cəmi 5 dəqiqə vaxtını alıb.
O, müəllimliklə yanaşı, Cənubi Koreyanın dövlət radio kanalı olan KBS-də müxtəlif Azərbaycan nağıllarını səsləndirir.
Həmçinin Azərbaycanın milli musiqi və mədəniyyəti haqqında məlumat verir.
Qeyd edək ki Rahil Əhmədova yaşlı nəsillə bərabər, balacalara da Azərbaycan mədəniyyətini təbliğ edir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.