Xəzər Xəbər

“Vhatsapp”da yaxınlarınızın adından sizdən borc pul istəyə bilərlər – DİQQƏT! VİDEO

Veb TV | 21:20 • 1 Dekabr 2024
“Vhatsapp”da yaxınlarınızın adından sizdən borc pul istəyə bilərlər – DİQQƏT!

Vətəndaşların vatsap hesabları oğurlanır, telefon kitabçalarında olan nömrələrə mesajlar göndərilir...

Xezerxeber.az xəbər verir ki, son vaxtlar vatsappda yeni dələduzluq növü yayılıb. Kiberdələduzlar artıq hesabı rahatlıqla oğurlaya bilərlər.

Hətta bəzi hallarda sizə kontaktınızda olan bir şəxsin nömrəsi ilə də yaza bilərlər. Bu sizdə inamı artırsa da, diqqətli olmalısınız.

Ekspertlər deyirlər ki, bütün hallarda sizə kimliyindən asılı olmayaraq hər hansı bir şəxs tərəfindən mənbəyi məlum olmayayan linklər göndərilsə, açmağa tələsməyin. Əks halda, kiberdələduzlar vatsap hesabınızı ələ keçirə bilərlər.

Ekspert Azər Əlili tövsiyə edir ki, mütləq qaydada ikili doğrulama funksiyası tətbiq edilməlidir. Bu halda votsapp və bənzəri messenger tətbiqlərinizin təhlükəsizliyi daha yaxşı qoruna bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti