İsmayıllı rayonunun Basqal qəsəbəsi ərazisində torpaq sürüşməsi nəticəsində ikimərtəbəli tikiliyə ciddi ziyan dəyib.
Xezerxeber.az xəbər verir ki, son günlər intesiv yağan yağışdan sonra ərazidə torpaq şürüşməsi zamanı obyektdə çökmə əmələ gəlib. Nəticədə Mais Əhmədova məxsus ikimərtəbəli tikili ikiyə bölünüb. Obiyekt sahibi dünyasını dəyişdiyindən mərhumun qardaşı Əlisətdar Əhmədov bildirib ki, hazırda sözügedən obyekt işlək deyil.
Obyektə yaxın olan yolda tikinti gedən zaman obyektin yan-yörəsi qazıldıqdan sonra tikili sürüşməyə məruz qalıb. Məsələ ilə əlaqədar Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli məsələyə münasibət bildirib.
Tikili yaxın günlərdə tamailə söküləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.