Dulusçuluq masterklaslarına tələbat artıb.
Xezerxeber.az xəbər verir ki, məhz həmin işin görüldüyü mərkəzlərə gələnlər arasında kiçikdən böyüyə hərkəsi görmək mümkündür. Hətta bəziləri artıq bu işi görməyi adətə çevirib.
Mərkəzlərdən birinin rəhbəri olan Əlimərdanlı Ülvinin sözlərinə görə bura üz tutanlar əsasən gənclərdir. Hazırlanan məhsullar fincan, boşqab, aksesuar qabıdır. Onların bir masterklasın qiyməti isə 25 manatdır. Digər əşyaların qiyməti ölçüsünə görə fərqlənir.
Qeyd edək ki, mərkəzdə dulusçuluqla bərabər yapma işi də görülür. Həmçinin əşya hazırlandıqdan sonra iki dəfə bişirilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.