Gəncədə 27 yaşlı qadına çoxsaylı bıçaq xəsarətləri yetirilib.
Xezerxeber.az xəbər verir ki, hadisəni törətməkdə onun qardaşı şübhəli bilinir.
Səhər saatlarında şəhər ərazisində çoxsaylı bıçaq xəsarətləri alan gənc qadın Təcili Tibbi Yardım maşını ilə xəstəxanaya çatdırılıb.
Gəncə şəhər Abbas Səhhət adına xəstəxanada həkimlərin müdaxiləsi ilə çoxlu qan itirən yaralı qadın ağır vəziyyətdən çıxarılıb.
Hadisəni törətməkdə şübhəli bilinən şəxsin - qadının qardaşı 22 yaşlı Emin Verdiyevin yerinin müəyyən olunaraq istintaqa təhvil verilməsi istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsi tərəfindən zəruri tədbirlər davam etdirilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.