Gürcüstanda az qala vətəndaş müharibəsi yaşansın, Suriyada vəziyyət günü-gündən gərginləşir. Qəzzada vəziyyət hər gün daha da ağırlaşır, Rusiya-ukrayna müharibəsinin yeni mərhələsi başlayır. Bütün bunların fonunda isə ölkəmizdə sabitlik hökm sürür və biz bu gün xalq olaraq Laçının işğaldan azad olunmasının il dönümünü qeyd edirik...
Xezerxeber.az xəbər verir ki, Cənubi Qafqaz kimi mürəkkəb coğrafiyada yerləşməsinə baxmayaraq, Azərbaycanda ictimai-siyasi təhlükəsizlik ən yüksək səviyyədə təmin edilir.
Politoloqun sözlərinə görə, bu təhlükəsiz mühitin əsas səbəbi milli maraqlarımıza cavab verən addımların atılmasıdır.
Xatırladaq ki, ilin əvvəlində "Qlobal Terrorçuluq İndeksi" praktiki olaraq Azərbaycanda ümumiyyətlə terror təhlükəsinin olmadığını və ölkəmizin bu göstərici ilə regionun lideri olduğunu göstərmişdi. Qeyd edək ki, sözügedən indeks ölkədə terrorçuluğun təsirini əks etdirir və sosial-iqtisadi şəraitin təhlilinə, həmçinin radikal cərəyanların yaranmasının geosiyasi amillərinə əsaslanır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.