Zaqatalanın Muğanlı kəndində hələ də təbii qazın olmaması sakinlərin işini çətinə salır.
Xezerxeber.az-ın məlumatına görə, rayon mərkəzindən 30-35 kilometr uzaqda, Gürcistanla sərhəddə yerləşən bu kənddə təbii qazın olmaması həyat şəraitini çətinləşdirir. Mavi yanacaq üzünə həsrət qalan kənd sakinləri həyətdəki meyvə ağaclarını, fındıq kollarını və fındıq qabıqlarını yandırırlar.
Kəndə nə vaxt mavi yanacağın veriləcəyi sualına Azəriqaz istehsal birliyi cavab verib: ''Zaqatalanın Muganlı kəndinin qazlaşmasə “Azəriqaz”ın maliyyə imkanlarından asılı olaraq növbəti mərhələlərdə baxıla bilər. “Azəriqaz” daxili imkanları hesabına qazlaşmanı həyata keçirir. Ümumilikdə Zaqatalanın qazlaşması 77.9 faiz təşkil edir”.
2500-dən çox insanın yaşadığı kənddə sakinlər qısa vaxt ərzində qaz xəttinin çəkiləcəyini ümd edirlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.