Bakıda qadın qətlə yetirilib. Onun ögey oğlu şübhəli bilinərək saxlanılıb.
Xezerxeber.az-ın məlumatına görə, ağır cinayət gecə paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində törədilib.
Müdhət Ələkbərov küçəsi 24 ünvanında 46 yaşlı İlhamə Məmmədovanın öldürülməsi ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat daxil olub.
Sabunçu Rayon Prokurorluğundan verilən məlumata görə, 27 yaşlı Qasım Məmmədov ilkin ifadəsində bildirib ki, ögey anası İlhamə Məmmədovanı aralarında yaranmış mübahisə zamanı bıçaqla vurub.
Qohumları deyir ki, Qasım Məmmədovu ögey anası İlhamə Məmmədova böyüdüb, boya-başa çatdırıb. Ona doğma anası kimi qayğı göstərib.
Qonşuların sözlərinə görə, əvvəldən onların arasında ədavətin olması barədə hər hansı məlumat və yaxud da dava-dalaş səsi eşitməyiblər.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Qasım Məmmədov barəsində ''qəsdən adam öldürmə'' maddəsi ilə cinayət işi başlanıb. İbtidai istintaq davam etdirilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.