Binə qəsəbəsinin sakinləri arzularına çatıblar əraziyə qaz xətləri çəkilib.
Xezerxeber.az xəbər verir ki, söhbət Savxoz sahəsi adlanan ərazidən gedir. Uzun illərdir ərazidə məskunlaşan sakinlərə qaz xətti çəkiləcək vədi verilib və 1 ilə yaxındır ki ərazi qazlaşdırılıb amma, yenə də evlərdə elektrikli isitmə vasitələrindən istifadə edilir.
Sakinlərin sözlərinə görə, təxminən 10 evə sayğac qoyulub qaz çəkilib. Lakin 120-dən çox ailənin müraciəti nəzərə alınmır
Məsələ ilə bağlı Azəriqaz İB-dən "Xəzər Xəbər"ə bildirildi ki, sözügedən ərazidə yerləşən yaşayış massivi 2022-2023-cü illərdə Azəriqaz tərəfindən küçə qaz xətləri çəkilərək istismara verilib. Ərazi üzrə vətəndaşlar fərdi qaydada müraciət edərək ünvanları qazlaşdırılıb. Qeyd edilən ərazidən qüvvədə olan qazlaşma qaydalarına uyğun hər hansı müraciət olunarsa qazlaşdırılması üçün hər hansı problem yoxdur. Hazırda həmin ərazi üzrə təqribən 50-yə qədər yaşayış evi mövcuddur, həmin ünvanlardan 8 ədədi qazlaşdırılıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.