Şəhərin mərkəzində yerləşən mağazanı kanalizasiya suyu basıb.
Xezerxeber.az xəbər verir ki, Bakı şəhəri Səbail rayonu Xaqani küçəsində yerləşən mağazanın icadərı Nicat Həşimli deyir ki, "Xaqani bağı"nda aparılan təmir-tikinti işləri zamanı kanalizasiya xətlərinin birləşdiyi quyuları ləğv edildiyindən, ətrafda yerləşən bir sıra obyektlərə kanalizasiya suları dolur.
Ərazidəki digər obyektlərin sahibləri də vəziyyətdən şikayətçidirlər. Onlar deyirlər ki, gələn müştərilər elə qapıdan qayıdırlar. Vəziyyət isə 15 gündən çoxdur davam edir.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat xidmətindən bildirildi ki, ərazidəki problemdən xəbərdardırlar. Sözügedən əraziyə Səbail rayonu Sukanal İdarəsi tərəfindən baxış keçirilib. Araşdırma aparılır. Xidmətin səlahiyyətlərinə aid olan tədbirlər görüləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.