Xəzər Xəbər

Milli Məclisdə büdcə müzakirələri davam edir VİDEO

Veb TV | 21:00
Milli Məclisdə büdcə müzakirələri davam edir

Milli Məclisdə 2025-ci ilin büdcə layihəsinə həsr edilən plenar iclas ciddi müzakirələrlə yadda qalıb.

Xezerxeber.az xəbər verir ki, millət vəkilləri bir sıra təkliflərlə çıxış edib, hökümət üzvlərinə suallar ünvanlayıblar.

Milli Məclisin sədri Sahibə Qafarova deputatların sosial sahədə problemlər barədə danışmasına münasibət bildirib və onları görülən işlərdən də danışmağa çağırıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev isə bildirib ki, əhalinin sosial rifahı daim dövlətin diqqətindədir və bu məqsədlə hər il ayrılan sosial paketlər hökumətin niyyətinin ən bariz göstəricisidir. Nazir qeyd edib ki, hökumət son 5 ildə 4 milyon insanı əhatə edən 7 milyard manatlıq 4 sosial paket reallaşdırıb.

Nazir onu da qeyd edib ki, şəhid ailələrinə, müharibə əlillərinə, müharibə veteranlarına qayğı ölkə prezidentinin daim diqqətindədir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar