Diplomsuz işləyən estetik cərrahlarla bağlı problem Milli Məclisdə gündəmə gətirilib.
Xezerxeber.az-ın xəbərinə görə, deputat Səyyad Salahlı deyib ki, diplomsuz işləyən estetik cərrahlara icazəni kim verir?
"Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı isə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib ki, gələn il pensiyaların orta məbləği 535 manat olacaq.
Deputat Arzuxan Əlizadə təklif edib ki, pensiya yaşına qədər ölən şəxsin pensiya fondunda yığılan pulu ailəsinə verilsin.
Millət vəkili Ceyhun Məmmədov isə təhsil müəssisələri ilə bağlı problemlərə diqqət çəkib.
Deputat Soltan Məmmədov autizm pozuntusunun erkən aşkarlanması üçün dövlət proqramının qəbulunu təklif edib. Bildirib ki, bu problemin həllinə bu cür sistemli yanaşma hazırda səhiyyə və sosial müdafiə sahəsində həyata keçirilən tədbirlərin effektivliyini daha da artırmış olacaq. Onu da deyək ki, 2025-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.