Masallıda qətl hadisəsi olub.
Xezerxeber.az xəbər verir ki, hadisə gecə saatlarında şəhərin Dadva məhəlləsində baş verib.
Bu gün gecə saat 01:00 radələrində Siruz Mehdiyevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Yayılan məlumata görə, qətl hadisəsini törətməkdə şübhəli bilinən 24 yaşlı İsrafil Cavadov Sabirabad rayon, qətlə yetirilən 40 yaşlı Siruz Mehdiyev isə Samux rayon sakinləridir. Onlar Masallı rayonuna istixana qurmaq üçün gediblər. Hadisə baş verən gecə hər ikisinin kirayə qaldıqları evdə spirtli içki qəbul etdikləri iddia olunur. Bu zaman onlar arasında mübahisə yaranıb. İddiaya görə, Mübahisə zəminində İsrail Cavadov Siruz Mehdiyevə 2 bıçaq zərbəsi vurub. Zərbənin biri ölümcül olub və Siruz Mehdiyev çoxlu qan itirmədən dünyasını dəyişib.
Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Masallı rayon şöbəsinə təhvil verilib. Qətli törətməkdə şübhəli bilinən 24 yaşlı İsrafil Cavadov saxlanılıb. İbtidai istintaq davam etdirilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.