Bəzi vətəndaşlar iddia edir ki, “Qara Cümə”də və yaxud endirim kompaniyası zamanı aldıqları malları geri qaytarmaq olmur. Alıcılardan bəziləri hüqunu bilib mağazaya yaxınlaşsa da həmin zaman ciddi problem yaşanır.
Xezerxeber.az xəbər verir ki, hüquqşünasların sözlərinə görə alıcı lazımı keyfiyyətdə olmayan əşyanı 14 gün ərzində geri qaytara və ya ödədiyi pulu geri ala bilər.
Məsələ ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən “Xəzər Xəbər”ə bildirildi ki, satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasına görə altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə nəzərdə tutulur. İstehlakçılar malın dəyişdirilməsi və ya qaytarılması zamanı problemlə üzləşdikdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi internet səhifəsi, elektron poçt və 195-1-4 Çağrı Mərkəzi vasitəsilə müraciət edə bilərlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.