Paytaxtın Yeni günəşli qəsəbəsindəki bu ərazidə sürüşmə bir neçə ildi davam edir.
Xezerxeber.az xəbər verir ki, vətəndaşların bir qismi köçürülsə də digər sakinlər təhlükəli vəziyyətdə yaşayır. Çatlayan divarlar, sürüşüb dağılan evlər hər gün daş-daş sökülür.
Məsələ ilə bağlı Suraxanı rayon icra hakimiyyətindən "Xəzər Xəbər"ə bildirildi ki, sözügedən ünvanda Fövqaladə Hallar Nazirliyinin aktlarına əsasən qəzalı olan 5 evin sakinləri kirayə haqqı ödənilməklə mənzillərindən çıxarılıb. Lakin, həmin ünvanda evlərində xırda çatlar olan digər sakinlərə isə məzillərin qəzalı olması ilə bağlı Fövqaladə Hallar Nazirliyinin rəyinin alınması tövsiyə olunub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.