Xəzər Xəbər

Sumqayıtda 41 yaşlı hamilə qadının dünyasını dəyişməsi hadisəsi ilə bağlı TƏFƏRRÜATLAR VİDEO

Veb TV | 21:12
Sumqayıtda 41 yaşlı hamilə qadının dünyasını dəyişməsi hadisəsi ilə bağlı TƏFƏRRÜATLAR

Sumqayıtda hamilə qadın qəfil dünyasını dəyişib.

Xezerxeber.az xəbər verir ki, məlumata görə, 41 yaşlı Xəyalə Musayeva həmin ünvana yenicə köçübmüş. Qonşuların verdikləri məlumata görə, onun halı qəfildən pisləşib, təcili tibbi yardım çağırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Sumqayıt Tibb Mərkəzindən "Xəzər Xəbər"ə bildirilib ki, 41 yaşlı Xəyalə Musayevanın bu günə kimi bir dəfə də olsun hamiləliyi ilə bağlı xəstəxanaya müraciəti daxil olmayıb. Hadisədən isə mənzilə çağırış ediləndə xəbər tutublar. Mərhumun ölüm səbəbi hələ ki məlum deyil.

Hazırda faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar