Xəzər Xəbər

Saatlıda yetişdirilən heyva xarici ölkələrə ixrac olunur VİDEO

Veb TV | 21:39 • 23 Noyabr 2024
Saatlıda yetişdirilən heyva xarici ölkələrə ixrac olunur

Saatlıda yetişdirilən heyva Dubaya ixrac olunur, Avropadan da sifariş var.

Xezerxeber.az-ın məlumatına görə, super intensiv heyva bağı Saatlının Qaralar kəndində salınıb və Mil-Muğan bölgəsi üzrə ilk belə bağdır.

2020-ci ildə salınan bağ artıq ikinci məhsul ilindədir və cari mövsüm bağda bol məhsul yetişib.

30 hektarlıq bağın 26 hektarında Türkiyədən gətirilən "Eşmə" sortundan olan 46 min ting əkilib. Təsərrüfat sahibi Həbib Əhmədov deyir ki, ərazidə heyvadan başqa alça, armud, nektarin bağları da var və mərhələli olaraq mövsümə uyğun yığım aparılır. Hazırda isə heyva mövsümü olduğuna görə yığım davam edir.

Mövsüm boyu bağdan 800 tona yaxın məhsulun götürüləcəyi gözlənilir.

Fermer qeyd edir ki, heyva yığımına noyabr ayının əvvəlindən başlanılıb və yığım davam edir. Hava şəraiti əlverişli olarsa, yığım hələ 1 ay da davam edəcək.

Təsərrüfat sahibi deyir ki, artıq Rusiya, Qazaxıstan və Dubay bazarlarına məhsul ixrac olunub. İlkin olaraq təcrübə üçün məhsul göndərildikdən sonra davamlı ixrac üçün müqavilə imzalanacaq.

Qeyd edək ki, yığılan məhsulun hər kiloqramının qiyməti 80 qəpik - 1 manat 20 qəpik arasında dəyişir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar