Aylardır içməli su ya fasilələrlə verilir, yaşa da aşağı təyziqlə. Son bir həftədə isə içməli su ümumiyyətlə kəsilib...
Xezerxeber.az-ın xəbərinə görə, Suraxanı rayonu Hövsan qəsəbəsi Elxan Nəcəfli küçəsinin sakinləri belə deyirlər.
Sakinlərin sözlərinə görə, ilin bütün fəsillərində bu qəsəbədə içməli su problemi yaşanır, son aylarda isə durum daha ciddidir.
Məsələ ilə bağlı İri Şəhərlərin Su Təchizatı Xidmətindən "Xəzər Xəbər"ə bildirildi ki, noyabrın 15-dən magistral su kəmərində baş vermiş qəza aradan qaldırıldıqdan sonra Suraxanı rayonu Hövsan qəsəbəsinin bəzi ərazilərində istismar qaydalarına uyğun olaraq kəmərə daxil olan suyun təzyiqi aşağı salınıb.
Hazırda qeyd olunan ünvan daxil olmaqla, ərazilər üzrə suyun təzyiqi artırılmaqdadır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.