Avropa İttifaqının Azərbaycan-Ermənistan şərti sərhədindəki dırnaqarası müşahidə missiyası təxribat xarakterli fəaliyyətini davam etdirir...
Bununla bağlı yeni görüntülər yayılıb...
Politoloq Züriyyə Qarayeva deyir ki, Ermənistan bununla reallığa uyğun olmayan hesabatlar yaymaq, eləcə də pərdəarxası maraqlarını icra etmək hədəflərini güdür. Həmçinin Avropa ittifaqı "müşahidəçiləri"nin erməni hərbçilərlə birgə sərhəd "reydlərini", Ermənistanda revanşist qüvvələrin aktivləşməsi, ölkənin silahlandırılması, danışıqlarda daha qeyri-konstruktiv mövqe tutması kimi qiymətləndirmək olar.
Politoloq onu da bildirib ki, Avropa İttifaqı bununla bir daha nümayiş etdirir ki, Azərbaycan və Ermənistan arasında sülh əldə olunmasında maraqlı deyil. Əksinə, Ermənistanı revanşizmə həvəsləndirir, Azərbaycanla sülh danışıqlarından çəkilməyə sövq edir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.