Xəzərin sahilində 75 illik tarixə sahib bir şəhər... Sumqayıt... Keçmişdən gələcəyə körpü salan və Qafqazın sənaye mərkəzlərindən biri olan bu şəhər 75 illik yubileyini qeyd edir.
1949-cu ildə əsası qoyulan Sumqayıt ötən dövr ərzində inkişaf edərək Azərbaycanın ən böyük şəhərlərindən birinə çevrilib.
Sumqayıt sahilləri, parkları və yaşıl məkanları ilə özünü daha çox sevdirir.
İllərdir burada yaşayanlar deyir ki, xüsusilə son 10 ildə yol və nəqliyyat sisteminin təkmilləşdirilməsi, yeni parklar, istirahət zonalarının yaradılması, yaşıllıqların artırılması, yeni məktəb və bağçaların tikintisi, həmçinin texnologiya parklarının yaradılması işləri görülüb.
Şəhər 75 illik tarixində daima irəliləyib və inkişaf edib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.