Bəzən 15, bəzən 30 dəqiqə marşrut gözləməli olurlar. Üstəlik qəsəbə daxili avtobus da yoxdur.
“Xəzər Xəbər”in qaynar xəttinə müraciət edən Hövsan sakinləri qəsəbədən metronun Əhmədli stansiyasına və Suraxıya işləyən marşrut xəttlərinin intervalından, avtobusların yarasız vəziyyətdə olmasından şikayətlənir.
Sürüclər isə intervalın çox olmadığını, xətdə 18 avtobusun hərəkətdə olduğunu deyirlər.
Sakinlərin probleminin həllinə ilə bağlı Yerüstü Nəqliyyat Agentlindən bildirildi ki, paytaxtda bütün marşrut xətləri təhlil edilib və əhalinin ictimai nəqliyyata əlçatanlığının artırılması üçün yeni marşrut şəbəkəsi hazırlanıb. Həmin marşrut şəbəkəsi xidmət səviyyəsinin yüksəlməsini təmin edəcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.