Bakının Binəqədi rayonu, "Stroydetal" adlanan ərazidə içməli su xəttində baş verən qəza fərdi yaşayış evinə ziyan vurub.
Evin zirzəmisi su ilə dolub, əşyalara ziyan dəyib.
Xezerxeber.az-ın məlumatına görə, ev sahibi Kamran Qulammirzəyev deyir ki, zirzəmidə yığılan sudan daha çox evin elektrik xəttlərində yaranacaq fəsadlardan qorxurlar.
Problemin həlli ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən “Xəzər Xəbərə bildirdilər ki, ərazidən keçən su- kanal xəttində qəza baş verib. Rayon sukanal idarəsinin qəza xidmətinin əməkdaşları əraziyə cəlb olunublar, qəzanın aradan qaldırılması istiqamətində müvafiq işlər aparılır. Problem ən qısa vaxtda aradan qaldırılacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.