Şəkidə ağır yol qəzası baş verib.
Xezerxeber.az-ın məlumatına görə, hadisə Şəkinin Qudula kəndi ərazisində qeydə alınıb.
Avtomobilin sürücüsü Təbriz Vəliyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi aşıb.
Hadisə zamanı xəsarət alan sərnişinlər və sürücü xüstəxanaya aparılıb. 39 yaşlı sərnişin Baş Göynük kənd sakini Zamir İsmayılov xəstəxanada ölüb.
Xaçmazdakı zəncirvari qəza da ölümə səbəb olub. Yol-nəqliyyat hadisəsi Gəndob-Yalama yolunda, Xaçmaz rayonunun Nərəcan kəndi ərazisində baş verib. 3 minik və 1 yük avtomobili toqquşub. Nəticədə 2 yaşlı uşaq ölüb, 3 nəfər xəsarət alıb.
Hacıqabulda isə avtomobil məktəblini vurub. Piyadanın ölümü ilə nəticələnən hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Muğan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan minik avtomobili yolu keçən 10-cu sinif şagirdini vurub. Yeniyetmə aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Lənkəranda da piyada vurulub. Rayonun Girdəni kəndi ərazisində Nemət Tağıyev idarə etdiyi minik avtomobili ilə piyada 38 yaşlı Ramilə Məmmədovanı vurub. Sürücü yaralı qadını öz avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Lakin onun xəsarətləri ağır olduğundan həkiməqədər ölüm faktı qeydə alınıb.
Bütün faktlarla bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.