"Bakıda insanların 90 %-nin ictimai nəqliyyata çıxışının təmin edilməsi planlaşdırılır".
Xezerxeber.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev COP29 çərçıvəsində İqlim və Urbanizasiya üzrə nazirlər toplantısı çərçivəsində keçirilən "Yaşıl şəhər nəqliyyatı" adlı yüksək səviyyəli mətbuat konfransında deyib.
Onun sözlərinə görə, davamlı ekosistemi təşviq etmək üçün Azərbaycan 2030-cu ilə qədər istixana qazı emissiyalarını 35 % azaltmağı öhdəsinə götürüb.
Nazir həmçinin bildirib ki, bu proqrama metro, dəmir yolu və avtobus sistemlərinin təkmilləşdirilməsi, mikromobillik həlləri, parkinq obyektləri, prioritet zolaqlar və avtobus şəbəkəsinin optimallaşdırılması daxil olmaqla 60-dan çox təşəbbüs daxildir
COP29-un yüksək səviyyəli çempionu Nigar Arpadarai isə vurğulayıb ki, Azərbaycan turizm məsələsini iqlim siyasətinə daxil edən ilk ölkələrdəndir. O, turizmin iqlim fəaliyyətinin təkmilləşdirilməsinə töhfə verə bildiyini və digər tərəfləri də bu istiqamətdəki təşəbbüslərə qoşulmağa çağırdığını qeyd edib.
COP29-un baş danışıqçısı, Xarici İşlər nazirinin müavini Yalçın Rəfiyev bildirib ki COP29-da qəbul edilən qərarlar Paris Razılaşmasının ikinci onilliyinə istiqamət verəcək. Bizim dəqiq və güclü bir planımız var. Layihə mətnləri vasitəsilə mühüm irəliləyişlərə nail olmağı hədəfləyirik, bütün tərəflərlə məhsuldar müzakirələrə ümid edirik-, deyə o, əlavə edib
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.