Xəzər Xəbər

Bakıda elektrikdoldurma məntəqəsinin qarşısında pullu parkinq salınması qanunidir? VİDEO

Veb TV | 20:41 • 20 Noyabr 2024
Bakıda elektrikdoldurma məntəqəsinin qarşısında pullu parkinq salınması qanunidir?

Bir neçə elektrikdoldurma cihazları var, eyni zamanda ərazi həm də parklanma yeridir.

Xezerxeber.az xəbər verir ki, söhbət paytaxtın Xətai rayonu Xəqani Rüstəmov küçəsindən gedir. Həmin sözügedən əraziyə Yerüstü Nəqliyyat Agentliyinin əməkdaşları qanuni parklanma nişanı qoyublar. Eyni zamanda həmin nişanın təsir dairəsində də elektromobillər üçün şarj cihazları qoyulub.

Elektromobil idarə edən sürücülər deyirlər ki, ərazidə başqa avtomobillərin dayanması onların şarj etməsinə mane olur.

Sürücülər təklif edirlər ki, elektrikdoldurma məntəqlərinin yaxınlığında "azparkinq"i ləğv etmək lazımdır. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar