Xəzər Xəbər

Xəzərdə suyun səviyyəsinin azalması ölkələrin ərazisini böyüdə bilərmi? VİDEO

Veb TV | 20:30 • 20 Noyabr 2024
Xəzərdə suyun səviyyəsinin azalması ölkələrin ərazisini böyüdə bilərmi?

Xəzər dənizində suyun çəkilməsi nəticəsində Azərbaycanın sahilboyu əraziləri genişlənir və ölkənin quru sahəsi artır.

Bunu “Xəzər Xəbər”ə müsahibəsində ekoloq Ənvər Əliyev deyib. Onun sözlərinə görə, suyun çəkilməsi ilə dənizdən quruya çıxan yeni ərazilər sahil xəttini dəyişir.

Ekspert deyir ki, yeni yaranan torpaqların keyfiyyəti və istifadəyə yararlılığı tam araşdırılmalıdır.

Ənvər Əliyev onu da bildirdi ki, ərazinin genişlənməsi müsbət məqam kimi görünsə də, suyun azalması ekosistemin balansını pozur. Bu Xəzərdə bioloji müxtəlifliyin azalmasına, su hövzələrinin kiçilməsinə, balıqçılıq sənayesinə ciddi zərərlər vura bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar