Gələn ildən sosial yardımlar artırılacaq.
Xezerxeber.az-ın xəbərinə görə, ehtiyac meyarının məbləği 270 manatdan 285 manata çatdırılacaq.
İqtisadçı Xalid Kərimli deyir ki, ehtiyac meyarının artırılması ünvanlı sosial yardım proqramı çərçivəsində vətəndaşlarımızın aldığı yardım məbləğinin gələn ildən artımına səbəb olacaq.
Xalid Kərimli qeyd edib ki, ehtiyac meyarı artırıldığı üçün daha çox ailə ünvanlı sosial yardımla bağlı müraciət edə biləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.