Xəzər Xəbər

Son zamanlar avtomobillərin dövlət qeydiyyat nişanını saxtalaşdıranların sayı niyə artıb? VİDEO

Veb TV | 21:35
Son zamanlar avtomobillərin dövlət qeydiyyat nişanını saxtalaşdıranların sayı niyə artıb?

Dövlət qeydiyyat nişanında hansısa hərf və ya rəqəmi dəyişənə də, başqa avtomobilə məxsus dövlət qeydiyyat nişanını öz nəqliyyat vasitəsinə bağlayana da rast gəlinir.

Xezerxeber.az-ın xəbərinə görə, ən son Gəncə polisi saxta dövlət qeydiyyat nişanı ilə avtomobil idarə edən sürücünü saxlayıb.

Bəs belə fakt aşkar edildikdə sürücü barəsində hansı tədbirlər görülür?

Yol hərəkəti təhlükəsizliyi üzrə mütəxəssis Arzu Babazadə deyir ki, saxta nömrə bağlayıb avtomobil idarə etmək ciddi təhlükə yaradır. Buna görə də həmin şəxsləri  öz ətraflarında olan şəxslər də ifaşa etməkdən çəkinməməlidirlər.

Ekspert təkilif edir ki, bu cür hərəkətlərə yol verən sürücülər avropa ölkələrində olduğu kimi məcburi psixoloji müayinəyə cəlb edilməlidir. Belə olduğu halada sürücülər arasında qanunazidd əmmələrin sayında ciddi azalma ola bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar