Paytaxtda bəzi ekoloji layihələr icra ediləcək.
Xezerxeber.az-ın xəbərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov bildirib ki, Abşeron gölləri mərhələli şəkildə bərpa olunacaq və iqlimədayanıqlı şəhər atmosferi yaradılacaq.
Şöbə müdiri həmçinin bildirib ki, Zığ gölünün bərpası ilə bağlı da layihə hazırlanır
Qeyd edək ki, plana əsasən növbəti mərhələdə Bülbülə gölü bərpa olunacaq, qu gölü də yaradılacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.