Xəzər Xəbər

Parlamentdə pensiyalarla bağlı önəmli müzakirələr... VİDEO

Veb TV | 21:00
Parlamentdə pensiyalarla bağlı önəmli müzakirələr...

Əmək pensiyalarının orta aylıq məbləği növbəti ildə 531 manat proqnozlaşdırılır.

Xezerxeber.az-ın xəbərinə görə, bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclis komitələrinin bu gün keçirilən birgə iclasında "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

Növbəti ildə 8 faizlik artımla artıq pensiyaçılara daha əhatəli dəstək təqdim oluna biləcək.

Sahil Babayev bildirib ki növbəti ilin büdcəsində sosialyönümlü xərclər 16,9 milyard manat müəyyən edilib.

Onun sözlərinə görə  2021-2022-ci illərdə saxta əlilliklə dövlət vəsaitlərini mənimsəyən 207 000-dən çox şəxs müəyyən edilib.

Bu il isə Azərbaycanda 40 mindən çox əlillik təyinatı aparılıb.

Maliyyə naziri Samir Şərifov isə deyib ki, vətəndaşlara yazılan cərimələr bəzən dövlət büdcəsinə daxil olmur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar