Ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə SABAH proqramının əhatə dairəsi genişləndiriləcək. Xezerxeber.az-ın məlumatına görə,
Prezident İlham Əliyev ali təhsildə yeni məzmunlu təhsil proqramlarının əhatə dairəsinin genişləndirilməsi və maliyyələşdirilməsi barədə Sərəncam imzalayıb.
Xatırladaq ki, SABAH proqramı 2014-cü ildən fəaliyyətə başlayıb.
Təhsil ekspertləri bildirirlər ki, bu proqramların tətbiqi ali təhsil sistemində özünü doğruldur.
Ekspert Kamran Əsədovun sözlərinə görə, bu proqramın genişlənməsi universitetlər arasında rəqabəti də artıracaq.
Qeyd edək ki, bu proqram çərçivəsində tədrisin mütərəqqi forma və metodlarının tətbiqi, dərinləşdirilmiş xarici dil tədrisi, tələbələrə əlavə təqaüd verilməsi, onların xarici mübadilə proqramlarında iştirakı imkanlarını artıracaq.
SABAH proqramı ilə təhsil alan tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsi müvafiq illərin dövlət büdcəsində Elm və Təhsil Nazirliyi üçün nəzərdə tutulmuş məqsədli vəsaitələr hesabına təmin ediləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.