Bakının Xətai rayonundakı bu 85 mənzilli binada yaşayan ailələr susuzluqdan əziyyət çəkir.
Xezerxeber.az xəbər verir ki, sakinlərin sözlərinə görə, binanın komendatı onları qane etmir, səbəb olaraq da bəzi sakinlərin aylıq xidmət haqqını ödəməkdən imtina etdiyini deyir.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə qeyd etdilər ki, qeyd olunan ünvandakı bina MTK-ya aid olduğu üçün sakinlərin su və kanalizasiya təchizatı həmin şirkət tərəfindən həyata keçirilir. Onlar MTK-larda suya nərazət prosesini yalnız suyun ötürüldüyü anbara qədər həyata keçirmək səlahiyyətinə malikdir.
Tikinti şirkətindən isə "Xəzər Xəbər"ə bildirildi ki, günü sabah sakinlərin üzləşdikləri problem aradan qaldırılacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.