Xəzər Xəbər

Bu il piyadaların qaydaları pozması nəticəsində 9 nəfər həyatını itirib VİDEO

Veb TV | 19:54 • 13 Noyabr 2024
Bu il piyadaların qaydaları pozması nəticəsində 9 nəfər həyatını itirib

Paytaxtın Xətai rayonu, 8 noyabr prospektində yerləşən keçiddən bəzi piyadalar istifadə etmirlər.

Xezerxeber.az-ın məlumatına görə, bəzi piyadalar yolun hərəkət hissəsindən keçirlər.

Beləliklə, onlar özləri ilə yanaşı, digər hərəkət iştirakçılarını da təhlükəli vəziyyətdə qoyurlar.

Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, görünən odur ki, bəzi piyadalar buna məhəl qoymurlar.

Yol polisindən isə bildirilib ki, bu ilin 10 ayı ərzində yol hərəkəti qaydalarının piyadalar tərəfindən pozulması nəticəsində qeydə alınan 23 yol qəzasında 9 nəfər həyatını itirib, 15 nəfər xəsarət alıb.

Yol polisi bir daha piyadalara müraciət edərək onları yolu keçərkən diqqətli olmağa, həmin vaxt telefon və sair bu kimi vasitələrdən istifadə etməkdən çəkinməyə, xüsusilə azyaşlı uşaqlarla hərəkət zamanı təhlükəsizlik qaydalarına əməl etməyə çağırır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti