Xəzər Xəbər

COP29-u işıqlandıran 2000-dən artıq xarici jurnalistə Bakıda necə şərait yaradılıb? VİDEO

Veb TV | 20:25 • 12 Noyabr 2024
COP29-u işıqlandıran 2000-dən artıq xarici jurnalistə Bakıda necə şərait yaradılıb?

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyasında iştirak üçün 3000-ə yaxın media nümayəndəsi qeydiyyatdan keçib.

Xezerxeber.az xəbər verir ki, onların arasında 200 yerli jurnalistlə yanaşı, dünyanın bir sıra prestijli mediasını təmsil edən xarici jurnalistlər də var.

Jurnalistlər COP 29-la bağlı məlumatları "Mavi Zona" da yaradılan "Media mərkəzi"ndən operativ şəkildə dünyanın diqqətinə çatdırırlar.  Bu ərazidə 1200 media nümayəndəsinin fəaliyyət göstərməsinə bütün şərait yaradılıb. Eyni zamanda Media Mərkəzində canlı efir və çıxışlar üçün 25 pavilyon quraşdırılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti