Bazarlarda şabalıd qıtlığı var. üstəlik qiyməti də hədsiz bahadır.
Xezerxeber.az xəbər verir ki, paytaxt bazarlarına yalnız Qəbələdən gətirilən bu məhsul alıcıya 13-15 manat arası təklif olunur. Satıcılar deyir ki, bu il nəinki şabalıd, qoz fındıq və digər çərəzlərin də qiymətində artım var.
Satıcılar deyir ki, məhsulun qiymətinin bahalığı onun qıt olması və xaricdən məhsulun ötən illə müqayisədə az gətirlməsi ilə bağlıdır:
İqdisadçı Xalid Kərimli bildirib ki, bahalaşmanın əsas səbəbi qeyri-sabit hava şəraitinin təsərrüfata vurduğu ziyandır. Havaların yağmurlu keçməsi Zaqatalada şabalıd yığımını çətinləşdirib. Son illər bu ağaclarının kütləvi şəkildə quruması azmış kimi, yay fəslinin yağmursuz, məhsul yığımı dövrünün isə yağışlı keçməsi məhsuldarlığa və keyfiyyətə təsir edib. Məhsul azlığı bazarlarda qiymətin artması ilə nəticələnib.
Həmçinin xaricdən gətirilən məhsulların bazarda az olması da qiymət amilinə təsir edir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.