Sumqayıt şəhərində iki nəfər bıçaqlanıb. Onlardan biri ölüb, digəri isə ağır yaralanıb.
Xezerxeber.az-ın məlumatına görə, 32 yaşlı Vüsal Məmmədov aralarında yaranmış mübahisə zamanı 27 yaşlı Ceyhun Xəlifzadə və 32 yaşlı Zahir İsmayılovu bıçaqlamaqda şübhəli bilinir.
Ceyhun Xəlifzadə xəstəxananın qarşısında keçinib, digər yaralı tibb müəssisəsinə yerləşdirilib və müalicəsi davam etdirilir. Mərhumun qonşularının və yaxınlarının verdiyi məlumata görə, hadisə söyüş üstündə törədilib.
Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Vüsal Məmmədov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.