Göyçayda şəhər mərkəzində yerləşən bazara giriş üçün qiymətlər artırılıb. Əvvəllər kənd təsərrüfatı məhsullarını satmağa gələnlərdən giriş üçün 50 qəpik-3 manat arasında vəsait tələb olunurdusa, indi bu məbləğ 3-4 dəfə artırılıb.
Xezerxeber.az-ın məlumatına görə, sakinlər maşınlarını bazardan kənarda saxlayaraq satmaq üçün gətirkləri məhsulları əllərində daşımalı olurlar.
Bazara daxil olmaq üçün kimi 2 manat, kimi də 5-7, hətta 12 manat ödəyir.
Satıcıların bəziləri məcbur qalıb 12 manat ödəməklə bazara giriblər.
Məsələ ilə bağlı bazarın nümayəndəsi Coşqun Şərifov “Xəzər Xəbər”ə bildirdi ki, qiymətlərin qaldırılması bir- neçə ay əvvəldən olub.
Hazırda bazara maşınla girmək istəyənlər yüklərini əllə aparırlar.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.