Xəzər Xəbər

Zaqatalada daha bir yeni doğulan körpə ölüb VİDEO

Veb TV | 20:43 • 10 Noyabr 2024
Zaqatalada daha bir yeni doğulan körpə ölüb

Zaqatalada daha bir yeni doğulan körpə ölüb.

Xezerxeber.az-ın məlumatına görə, rayonun Cimcımax kənd sakini, 19 yaşlı hamilə Cəmilə Əlizadə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə gətirilib.

O doğum şöbəsinə daxil olduqdan 2 saat sonra təbii doğuş baş tutub.

Cəmilə Əlizadənin valideynlərinin verdikləri məlumata görə, hamiləlik dövründə yoxlamalar zamanı həkimi hamiləliyin normal keçməsi bərədə məlumat verib. Yalnız doğum şöbəsinə qəbul edilən zaman yoxlanışda ana bətnində uşağın ürək döyüntülərinin zəif olduğu bildirilib. Doğuşdan sonra isə valideynlərə uşağın ana bətnində öldüyü deyilib.

Yenidoğulmuş körpə ölüm səbəbinin araşdırılması üçün aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, son 10 gün ərazində Zaqatala Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində üçüncü yeni doğulan körpə ölümüdür. Ölümün dəqiq səbəbi araşdırmalardan sonra məlum olacaq.  Hər 3 faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti