Sosial şəbəkə platformalarında yeni növ dələduzluğun yayılması ilə bağlı xəbərdarlıqlar yayımlanır.
Xezerxeber.az-ın xəbərinə görə, belə ki, guya müxtəlif şəxslər telefonla insanlara zəng edir, peyvənd olunmusunuzsa, "1" düyməsinə basmağınızı xahiş edirlər. Basdıqdan sonra isə dərhal telefonunuz bloklanır və telefonunuza kiberhücum olur. Nəticədə bank məlumatları oğurlanır.
DİN-nin Mətbuat Xidmətinin bölmə rəisi, polis kapitanı Nurlan Əliyev Xəzər Xəbərə bildirib ki, bununla bağlı indiyə qədər polisə bununla bağlı şikayət daxil olmayıb. Ehtimal olunur ki, bildiriş saxtadır.
Kiber təhlükəsizlik üzrə ekspert Azər Əlili "Xəzər Xəbər"ə bildirdi ki, təkcə "1" düyməsinə basmaqla telefon məlumatlarını ələ keçirtmək texniki cəhətdən mümkün deyil.
Ekspert bildirdi ki, belə saxta "xəbərdarlıq"ların paylaşılması adətən reytinq xatirinə olur.
Bildirildi ki, ümumiyyətlə, şübhəli nömrədən gələn istənilən zəngi avtomatik report etmək lazımdır. Təhlükəli zəng kimi bir neçə belə geri bildirimdən sonra sistem avtomatik olaraq həmin nömrəni fırıldaqçı kimi tanıyır və digər qurbanların qarşısı alınır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.