7 ildən sonra Dövlət Bayrağı meydanında yenidən üçrəngli bayraq dalğalanır.
Xezerxeber.az xəbər verir ki, 2024-cü ilin avqust ayından etibarən quraşdırılma yekunlaşıb və test məqsədilə ilk dəfə bayraq asılıb. Açılış müddətinə kimi proses bir neçə dəfə təkrarlanıb.
2017-ci ildə Dövlət Bayrağı Meydanında aparılan yenidənqurma və bərpa işləri ilə əlaqədar Dövlət Bayrağı Muzeyi də təmirə bağlanmışdı. Təmir-bərpa işlərindən sonra yeni görkəmdə, yeni tərtibatda fəaliyyətə başlayan Bayraq Muzeyində 44 günlük Vətən müharibəsinə həsr olunmuş "Zəfər qalereyası" adlı ekspozisiya nümayiş olunur. Daha əvvəl muzeydə azərbaycanın dövlətçilik tarixini əks etdirən 400 eksponat sərgilənirdisə, aparılan yenidənqurma və bərpa işlərindən sonra eksponatların sayi 431-ə çatdırılıb"
Muzeydə Azərbaycanın üçrəngli dövlət bayrağı ilə yanaşı, müxtəlif dövrlərdə mövcud olan xanlıqların, dövlətlərin bayraqları əyani nümayiş etdirilir.
Muzey 6 Sərgi salonundan ibarətdir
Sərgi salonlarında həmçinin Azərbaycan Silahlı Qüvvələrinin bayraqları, medalları, emblem və şevronları eyni zamanda Azərbaycan Respublikasının hərbi qulluqçularının mərasim geyim formaları da nümayiş olunur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.