Bakı, Abşeron və Sumqayıtda yerləşən hotellər COP29 tədbirinə gələcək qonaqları yüksək səviyyədə qarşılamağa tam hazırdır.
Xezerxeber.az-ın xəbərinə görə, Azərbaycan Hotel Assosiasiyasının Baş icraçı direktoru Günay Sağlam bildirib ki, hotellərlə bağlı monitorinq tamamlanıb.
Qiymət siyasəti isə dünya təcrübəsinə uyğunlaşdırılıb. Son statistikaya əsasən Cop29 tədbirinin keçirləcəyi günlərdə hotel qiymətləri ötən ilin ortalama qiymətlərindən 4 dəfə yüksəkdir.
Bu günə olan məlumata əsasən hotellər tədbirin ilk günlərində 95-100 faiz arasında daha sonrakı günlərdə isə 75 faizdən yuxarı dolu olacağını demək olar.Hələ də rezervasiyalar qəbul edilir.
İndiyə qədər isə ən çox reservasiya türkdilli ölkələrdən edilib", -deyə Günay Sağlam bildirib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.