Xəzər Xəbər

Zaqatalada körpə doğuşdan sonra dünyasını dəyişib VİDEO

Veb TV | 20:38 • 7 Noyabr 2024
Zaqatalada körpə doğuşdan sonra dünyasını dəyişib

Zaqatalada körpə doğuşdan sonra dünyasını dəyişib. Son bir həftə ərzində rayonda ikinci belə hadisə baş verir.

Xezerxeber.az-ın məlumatına görə, noyabr ayının 4-ü rayonun Yuxarı Tala kənd sakini Pərvana İsgəndərova qeysəriyyə yolu ilə körpə dünyaya gətirib.

38-39 həftəlik hamiləliklə müraciət etmiş şəxsə cərrahi doğuş icra edilib. Doğuş fəsadsız keçib.  Lakin körpənin həyatını xilas etmək mümkün olmayıb.

Körpənin vəziyyəti təxliyə üçün uyğun olmadığından müalicəsinin Zaqatala Rayon Mərkəzi Xəstəxanasında davam etdirilməsinə qərar verilib.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Xəzər dənizində ZƏLZƏLƏ
17:00 • 28 Noyabr 2024