Xəzər Xəbər

Avtomobillərin ilini yeni göstərmək üçün detallarının dəyişdirilməsi qanunidirmi? VİDEO

Veb TV | 13:55 • 7 Noyabr 2024
Avtomobillərin ilini yeni göstərmək üçün detallarının dəyişdirilməsi qanunidirmi?

Avtomobilin ön və arxa buferləri dəyişdirilir, faraları yeni modellə əvəzlənir. Bəzi sürücülər avtomobilin ilini yeni göstərmək üçün onun detallarını dəyişdirirlər. İşin sonunda isə avtomobil yeni modeldən seçilmir...

Xezerxeber.az-ın xəbərinə görə, avtomobil ustası Elməddin İlyasov deyir ki, son zamanlar belə dəyişiklik üçün müraciət edənlərin sayı artıb. Köhnə avtomobili yeni kimi göstərmək isətəyənlər heç də az deyil.

Bir çox sürücünü düşündürən isə bu prosesin hüquqi tərəfidir. Nəqliyyat məsələləri üzrə ekspert Adil Nəbiyevin sözlərinə görə, təhlükəsizlik baxımından avtomobil  və sürücü üçün çətinlik yaratamırsa, heç bir problem olmur.

Ekspert onu da vurğulayır ki, quraşdırılan detalın  rəngi avtomobilin rəngindən fərqli olarsa, bu zaman yenidən sənədləşdirməyə ehtiyac olur. Eyni model və eyni markanın detallarının dəyişdirilməsi isə konstrukisya dəyişikliyi sayılmır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar