İdarəetmədən çıxan avtomobil körpüdən aşıb.
Xezerxeber.az xəbər verir ki, 3 nəfərin ölümünə səbəb olan ağır qəza Gəndob-Yalama yolunun Xaçmazdan keçən hissəsində baş verib. Vüsal Bayramov idarə etdiyi minik avtomobilində sükana nəzarəti itirib və nəqliyyat vasitəsi Ağçayın üzərindəki körpüdən çaya yuvarlanıb.
Dünyasını dəyişənlər sürücü Vüsal Bayramov, sərnişinlər Samir Mənsumov və Anar Məmmədovdur.
Tovuzda baş verən qəza da isə piyada ölüb. Ramil Əkbərov idarə etdiyi avtomobillə Kimya Bağırovanı vuraraq hadisə yerindən qaçıb. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sürücü isə saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin iki maddəsi ilə cinayət işi başlanılıb. İlkin ehtimala görə, sürücü hadisə vaxtı sərxoş olub.
Oğuzda isə avtomobil ağaca çırpılıb, zərbənin təsirindən nəqliyyat vasitəsi hissələrə bölünüb. Hadisə Qaraməryəm-İsmayıllı-Şəki yolunun Kərimli kəndindən keçən hissəsində baş verib. Sürücü, Kərimli kənd sakini 35 yaşlı Elşən İsmayılov xəsarət alaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Bütün faktlarla bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.