Paytaxtın Binəqədi rayonunda hərəkətin intənsiv olduğu küçələrin kəsişməsində işıqfor yoxdur.
Xezerxeber.az xəbər verir ki, sakinlərin sözlərinə görə, buna görə də ərazidə tez-tez qəzalar baş verir.
Sözügedən yollara paralel olan Ağasadıq Gəraybəyli və Əcəmi Naxçıvani küçələrinin kəsişməsində də işıqfor yoxdur..
Piyadaların sözlərinə görə, ərazidə işıqforun olmaması tez-tez qəzaların baş verməsinə səbəb olur.
Sürücülər isə bildirirlər ki, bu yollarda avtomobillərin idarə edilməsi çətinləşir.
Məsələ ilə bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi ilə əlaqə saxladıq. Qurumdan "Xəzər Xəbər"ə bildirildi ki, qeyd olunan kəsişmələrdə piyada keçidlərinə işıqforların quraşdırılması məsələsinə baxılır. Yoldan istifadə edən piyadaların intensiviliyi və yarana biləcək nəqliyyat ləngiməsi araşdırıldıqdan sonra aidiyyəti üzrə işlər görüləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.