COP29 keçirildiyi günlərdə yollar uzunmüddətli bağlanmayacaq.
Xezerxeber.az xəbər verir ki, bu barədə məlumat Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib. Qeyd edilib ki, COP29 müddətində paytaxtın bəzi küçə və prospektlərində fasilələrlə məhdudiyyətlərin tətbiq olunması nəzərdə tutulsa da, yolların uzunmüddətli bağlanmasına ehtiyac olmayacaq.
Yol Polisi rayonlardan gələnlərə də müraciət edib. Bildirilib ki, mümkün qədəri ictimai nəqliyyata üstünlük verin ki, şəhər ərazisində sıxlıq çox olmasın.
Bu həm də eyni zamanda əhalinin mənzil başına rahat çatmasına hesablanıb.
Yol Polisi sürücülərin tətbiq ediləcək məhdudiyyətlərə anlayışla yanaşamasını da xahiş edir.
Xatırladaq ki, Liderlər Sammiti dövründə - 11, 12 və 13 noyabr tarixlərində hava limanından şəhərə, şəhərdən Olimpiya stadionu istiqamətlərində müxtəlif yollarda günün müxtəlif vaxtlarında məhdudiyyətlər olacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.